20 avqust 2026. Cümə axşamı

Azərbaycan və Türkiyə taekvondoçuları Ankarada birgə hazırlıq keçir


  • Offside
  • 16:59 19.08.2026
  • Oxunma sayı: 34
Azərbaycan və Türkiyə taekvondoçuları Ankarada birgə hazırlıq keçir

Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo üzrə milli komandaları Ankarada birgə təlim-məşq toplanışı keçirir.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmamızın üzvləri Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) məşqçi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birlikdə məşqlərə qatılırlar.

Birgə hazırlıq prosesi Azərbaycan təmsilçilərinin Dakar-2026 Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlığı baxımından mühüm mərhələdir.

Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu da məşq prosesini izləyib. O, hər iki ölkənin məşqçi və idmançılarına qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüş zamanı federasiyalar adından qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Ankaradakı birgə təlim-məşq toplanışı avqustun 26-dək davam edəcək.







Offside