- Offside
- 01:33 20.08.2026
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 63 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü turniri bürünc medalla başa vurub.
Beləliklə, Qaşim Maqomedov növbəti beynəlxalq yarışda mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.