- Offside
- 01:33 20.08.2026
Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının Bakıda mübarizə aparacaq iştirakçılarından daha ikisi Azərbaycana gəlib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi CEV EuroVolley 2026 Women turnirinin C qrupunda yer alan Niderland və Portuqaliya milli komandaları paytaxta çatıb.
Komandalar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Voleybol Federasiyasının əməkdaşları və yarışın təşkilat komitəsinin üzvləri tərəfindən qarşılanıblar.
Qeyd edək ki, C qrupunda mübarizə aparacaq digər milli komandaların da avqustun 20-də Bakıya gəlməsi gözlənilir.