- Offside
- 01:33 20.08.2026
Braziliya millisinin və Madrid “Real”ının sabiq müdafiəçisi Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 53 yaşlı keçmiş futbolçu mərakeşli Suheyla əl-Tahiri ilə evləndikdən sonra İslam dinini qəbul etdiyi barədə iddiaları təkzib edib.
Lakin Roberto Karlos məlumatın həqiqətə uyğun olmadığını bildirib:
“İslama böyük hörmət bəsləyirəm. Həyat yoldaşımın namaz qıldığını görməkdən məmnunam. Lakin İslamı qəbul etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, - deyə sabiq futbolçu “Okaz” qəzetinə açıqlamasında bildirib.
Roberto Karlos həmçinin toy mərasimində müxtəlif dini ənənələrin nəzərə alındığını qeyd edib. Onun sözlərinə görə, tədbirdə ailə üzvlərinin katolik ənənələri ilə yanaşı, həyat yoldaşının və onun dostlarının dini inanclarına uyğun mərasimlər də keçirilib.
Daha əvvəl Türkiyə mətbuatında Roberto Karlosun San-Paulu şəhərində şeyx Cihad Həmədə ilə görüşü zamanı şəhadət gətirdiyi və bununla da İslamı qəbul etdiyi barədə məlumat yayılmışdı. Bu iddia Türkiyə parlamentinin deputatı Əli Şahinin şeyxin sözlərinə istinadən etdiyi paylaşımından sonra geniş yayılıb.