21 avqust 2026. Cümə

Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul keçirilib


  • Offside
  • 10:42 20.08.2026
  • Oxunma sayı: 24
Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul keçirilib

Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən (ACF) məlumata görə, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan imtahanda V-XI siniflər üzrə 40 şagird iştirak edib.

Qəbul imtahanı iki mərhələdən – fiziki və texniki hazırlıq üzrə sınaqlardan ibarət olub. Hər iki mərhələdə “məqbul” nəticə göstərən 20 şagird liseyin cüdo bölməsinə qəbul olunub.

İmtahan ACF-nin Təhsil şöbəsinin mütəxəssisləri tərəfindən keçirilib.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə növbəti qəbul imtahanı avqustun 27-də təşkil olunacaq.







Offside