- Offside
- 23:12 20.08.2026
“Gəncə” basketbol klubu heyətini daha bir legionerlə gücləndirib.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub ABŞ-dən olan Bakari Kamara ilə müqavilə imzalayıb. 28 yaşlı basketbolçu mövsümün sonunadək “Gəncə”nin formasını geyinəcək.
Boyu 201 santimetr olan hücumçu karyerası ərzində İspaniya, Danimarka və Fransa çempionatlarında çıxış edib.
Bakari Kamaranın son klubu isə Qətərin “Əl-Vakra” komandası olub.
Beləliklə, amerikalı basketbolçu qarşıdakı mövsümün sonunadək “Gəncə”nin heyətində mübarizə aparacaq.