- Offside
- 23:12 20.08.2026
Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.
20-23 avqust tarixlərində təşkil olunacaq mundialda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Komandanın heyətində 10 oğlan və 4 qız yer alıb.
Püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamızın üzvlərinin turnirdə ilk rəqibləri bəlli olub. Azərbaycan cüdoçuları dünya çempionatında medal uğrunda mübarizə aparacaqlar.
İlk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə avqustun 20-də saat 19:00-da başlayacaq. Final bloku isə avqustun 21-də saat 02:00-da start götürəcək.
Turnirin qarşılaşmaları “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Qızlar
40 kq, 1/8 final
Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)
Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)
44 kq, 1/16 final
Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)
48 kq, 1/16 final
Könül Eyvazlı – Ella Bar Lev (İsrail)
Oğlanlar
50 kq, 1/8 final
Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə
55 kq, 1/16 final
Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)
55 kq, 1/8 final
İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə
66 kq, 1/16 final
İlkin Qarayev – Yesus Perea Vallve (Peru)
73 kq, 1/16 final
Yusuf Nəzər – Conas Nelissen (Kanada)
Sadiq Məmmədov – Georq Noqes (Estoniya)
81 kq, 1/32 final
Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)
81 kq, 1/16 final
Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)
90 kq, 1/16 final
Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)
Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)