16 sentyabr 2026. Çərşənbə

Taekvondo üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix açıqlanıb


  • Offside
  • 16:33 20.08.2026
  • Oxunma sayı: 134
Taekvondo üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix açıqlanıb

Sentyabrın 21-24-də taekvondo üzrə uşaqlar və 16-21 yaşlılar arasında Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda təşkil olunacaq. Dörd gün davam edəcək turnirdə müxtəlif şəhər və rayonları təmsil edən idman klubları və cəmiyyətlərinin taekvondoçuları mübarizə aparacaqlar.

Uşaqlar arasında ölkə birinciliyində 2015-2017-ci il təvəllüdlü, 16-21 yaşlılar arasında isə 2005-2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki günündə isə 16-21 yaşlı taekvondoçular arasında görüşlər keçiriləcək.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar