21 avqust 2026. Cümə

Azərbaycan millisinin Avropa çempionatının yekun heyəti açıqlanıb


  • Offside
  • 18:26 20.08.2026
  • Oxunma sayı: 25
Azərbaycan millisinin Avropa çempionatının yekun heyəti açıqlanıb

Qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının Avropa çempionatında iştirak edəcək yekun heyəti müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın heyətində 15 voleybolçu yer alıb.

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva və Ülkər Kərimova.

Blokçular: kapitan Ayşən Abduləzimova, Mariya Kirilyuk və Aynur İmanova.

Toppaylayıcılar: Kristina Besman və Raziyə Əliyeva.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva və Ceyran İmanova.

Milli komandaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir. Onun köməkçiləri Emin Əbilov və Ziya Rəcəbovdur.

Qeyd edək ki, 2026-cı il qadınlar arasında Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.







Offside