21 avqust 2026. Cümə

“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə müqavilə imzaladı


  • Offside
  • 18:33 20.08.2026
  • Oxunma sayı: 28
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə müqavilə imzaladı

I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Yevlax təmsilçisi nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçu ilə sözləşmənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Antoni Uzodimma karyerası ərzində Türkiyədə “Kayserispor”, “Girəsunspor” və “Ankara Keçiörəngücü” klublarının formasını geyinib. Nigeriyalı yarımmüdafiəçi ölkəsində isə “Emordi” və “Rasinens” komandalarında çıxış edib.

Beləliklə, Uzodimma qarşıdakı mövsümün sonunadək “Karvan-Yevlax”ın uğurları üçün mübarizə aparacaq.







Offside