- Offside
- 23:12 20.08.2026
Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova yarımfinalda Hindistan təmsilçisi Tanvi Qundeş Maqdumla qarşılaşıb. Azərbaycan güləşçisi rəqibini məğlub edərək həlledici görüşə yüksəlib.
59 kq-da çıxış edən Ruzanna Məmmədova isə yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşla üz-üzə gəlib. R.Məmmədova görüşü 11:0 hesablı tam üstünlüklə başa vuraraq adını finala yazdırıb.
Beləliklə, Azərbaycan U-20 dünya çempionatında qadın güləşi üzrə iki finalçı ilə təmsil olunacaq.
Qeyd edək ki, Günay Qurbanova və Ruzanna Məmmədova qızıl medal uğrunda görüşlərini avqustun 21-də keçirəcəklər.