21 avqust 2026. Cümə

“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni dayandırdı


  • Offside
  • 22:33 20.08.2026
  • Oxunma sayı: 32
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni dayandırdı

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İspaniya millisi ilə qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib və rəqibin 13:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Neftçi SOCAR” turnirdə yarımfinala yüksələ bilməyib.

Qeyd edək ki, Bakı klubu qrup mərhələsində İtaliya millisinə 16:18 hesabı ilə uduzub, Çilini isə 21:17 hesabı ilə məğlub edib.







Offside