- Offside
- 23:12 20.08.2026
Azərbaycanın ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində iki medal qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançı birdən qaldırma hərəkətində 70 kq-ın öhdəsindən gəlib. O, təkanla qaldırmada isə 85 kq nəticə göstərərək bu hərəkətdə bürünc medala sahib çıxıb.
Nuray Əbilova iki hərəkətin cəmində 155 kq nəticə göstərərək toplamda da bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçisi qitə birinciliyini iki bürünc medalla başa vurub.