- Offside
- 23:01 21.08.2026
Səudiyyə Ərəbistanı Pro Liqasının 2026/27 mövsümünün 2-ci turunda “Ər-Riyad” və “Əl-Nəsr” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Ər-Riyadda yerləşən “Şahzadə Feysəl bin Fəhd” stadionunda keçirilən qarşılaşma “Əl-Nəsr”in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Abdullah Əl-Üveydan idarə edib.
“Əl-Nəsr” hesabı 18-ci dəqiqədə açıb. Qabriel Anjelonun ötürməsindən sonra müdafiəçi Abdulla Əl-Amri fərqlənib. İlk hissənin əlavə olunmuş 1-ci dəqiqəsində isə Anjelo özü komandasının ikinci qolunu vurub.
58-ci dəqiqədə portuqaliyalı hücumçu Joau Feliks “Əl-Nəsr”in üstünlüyünü üç topa çatdırıb.
Qarşılaşmada son nöqtəni isə Kriştiano Ronaldo qoyub. Portuqaliyalı ulduz 84-cü dəqiqədə hesabı 4:0 edib. Ronaldo oyuna ikinci hissədə, 62-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, “Əl-Nəsr” Pro Liqanın ilk turunda “Əl-Fateh”i də böyük hesabla məğlub edib. Ronaldo həmin görüşdə iştirak etməyib.