- Offside
- 23:01 21.08.2026
“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 2-ci turunda “Ər-Riyad”la oyunda (4:0) karyerasının 977-ci qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı portuqaliyalı futbolçu üçün bu qarşılaşma yeni mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında ilk oyun olub.
Ronaldo matçın 62-ci dəqiqəsində meydana daxil olub, 84-cü dəqiqədə isə “Ər-Riyad”ın qapısına yol taparaq komandasının dördüncü qolunu vurub.
Hazırda portuqaliyalı hücumçunun karyerasında 831 klub, 146 isə milli komanda səviyyəsində qol var.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir. Onun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, 41 yaşlı futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.