- Offside
- 23:01 21.08.2026
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
90deqiqe.Az-ın məlumatına görə, ölkə 21,937 əmsalla 26-cı pillədə qərarlaşıb.
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”ni 1:0 hesabı ilə məğlub etməsi Azərbaycanın hesabına 0,250 əmsal qazandırıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın səfərdə İsrailin “Hapoel” (Beer-Şeva) klubuna 1:2 hesabı ilə uduzması isə ölkə reytinqinə əlavə xal gətirməyib.
Azərbaycanın qonşu mövqelərində Sloveniya 22,843 əmsalla 25-ci, Slovakiya isə 20,625 əmsalla 27-ci sıradadır.
Qeyd edək ki, UEFA reytinqinə 101,907 əmsalla İngiltərə başçılıq edir.