22 avqust 2026. Şənbə

Azərbaycan cüdoçusu dünya çempionu oldu


  • Offside
  • 10:53 21.08.2026
  • Oxunma sayı: 22
Azərbaycan cüdoçusu dünya çempionu oldu

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Türkiyə təmsilçisi Süleyman Doğru, Qazaxıstan cüdoçusu Bekaris Kudaybergen və Braziliya təmsilçisi Artur Bonatonu məğlub edərək həlledici görüşə yüksəlib.

Finalda isə digər Qazaxıstan təmsilçisi Adiljan Nurbekə qalib gələn Azərbaycan idmançısı dünya çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan millisinin daha üç üzvü bu gün yeniyetmələr arasında dünya çempionatında tatamiyə çıxacaq.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın