- Offside
- 23:01 21.08.2026
Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandası qarşıdakı dünya çempionatına hazırlığı Bakıda davam etdirir.
90deqiqe.Az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Kamran Zeynalov, Rafiq Əliyev və Aybəniz Babayeva baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi altında Bakı Atıcılıq Mərkəzində təlim-məşq toplanışına qatılıblar.
Avqustun 12-də başlayan hazırlıq prosesi ayın 31-dək davam edəcək. Toplanışın əsas məqsədi idmançıların dünya çempionatına optimal formada yollanmasını təmin etməkdir.
Qeyd edək ki, paragüllə atıcılığı üzrə dünya çempionatı sentyabrın 7-16-da Cənubi Koreyanın Çanqvon şəhərində keçiriləcək.