- Offside
- 23:01 21.08.2026
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü yarımfinalda Türkiyə təmsilçisi Furkan Avarla qarşılaşıb. Gərgin keçən döyüş Əli Baxışovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Boksçumuz həlledici görüşdə İtaliya təmsilçisi Daniele Fabi ilə qarşılaşacaq. Əli Baxışov finalda qızıl medal uğrunda mübarizə aparacaq.
48 kq çəki dərəcəsində çıxış edən Banuçiçək Nəsirli isə yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa məğlub olub. Bununla da Azərbaycan boksçusu turnirin bürünc medalına sahib çıxıb.