22 avqust 2026. Şənbə

Azərbaycanlı hakim Avropa çempionatının İstanbul oyunlarına təyinat alıb


  • Offside
  • 12:50 21.08.2026
  • Oxunma sayı: 34
Azərbaycanlı hakim Avropa çempionatının İstanbul oyunlarına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadınlar arasında Avropa çempionatının İstanbulda keçiriləcək A qrupu oyunlarına təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, həmyerlimiz avqustun 21-dən 28-dək baş tutacaq qarşılaşmalarda həm əsas, həm də ikinci hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Turnirin C qrupunun oyunları Bakıda təşkil olunacaq. Bu qrupda Azərbaycanla yanaşı, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın