- Offside
- 23:01 21.08.2026
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşmasına satılan biletlərin sayı açıqlanıb.
Azərbaycan çempionunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş üçün artıq 15 000 bilet satılıb.
“Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də saat 20:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı klubu növbəti mərhələyə adlamaq üçün cavab görüşündə qalib gəlməlidir.