22 avqust 2026. Şənbə

Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazandı


  • Offside
  • 16:35 21.08.2026
  • Oxunma sayı: 21
Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırma hərəkətində 91 kq nəticə göstərərək bürünc medal əldə edib.

Rüstəmli təkanlaqaldırmada isə daha yüksək nəticəyə imza atıb. O, 110 kq ağırlığın öhdəsindən gələrək gümüş medala sahib çıxıb.

İki hərəkətin cəmində 201 kq nəticə göstərən Azərbaycan təmsilçisi toplamda da ikinci yeri tutub və daha bir gümüş medal qazanıb.

Beləliklə, Məhəmməd Rüstəmli Avropa birinciliyini 2 gümüş və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, medalçıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın