- Offside
- 23:18 21.08.2026
Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunan konkur üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yay birinciliyinə start verilib.
90deqiqe.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarış Bakı Dövlət Cıdır Meydanında təşkil olunur.
Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
İki gün davam edəcək yarışda 10-15 və 15-21 yaş kateqoriyalarında məktəblilər, eləcə də müxtəlif atçılıq klublarının idmançıları mübarizə aparırlar.
Yarış çərçivəsində iştirakçılar konkur növündə öz bacarıqlarını nümayiş etdirərək qalib və mükafatçı adı uğrunda mübarizə aparırlar.