- Offside
- 23:18 21.08.2026
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan açılış mərasimi şou proqramı ilə başlayıb. Ardınca ilk qarşılaşmada üz-üzə gələcək Azərbaycan və Portuqaliya yığmalarının bayraqları meydana gətirilib, hər iki ölkənin dövlət himni səsləndirilib.
Azərbaycan – Portuqaliya görüşü bu gün saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Bakıdakı oyunlar avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın birgə ev sahibliyi ilə təşkil olunur və sentyabrın 6-dək davam edəcək.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi C qrupunda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən, qrup mərhələsinin ilk dörd pilləsində qərarlaşan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.