16 sentyabr 2026. Çərşənbə

Əli Baxışov U-19 Avropa çempionatında gümüş medal qazandı


  • Offside
  • 19:42 21.08.2026
  • Oxunma sayı: 116
Əli Baxışov U-19 Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın boks üzrə milli komandası Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında növbəti medalını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Əli Baxışov turniri ikinci pillədə başa vuraraq gümüş medala sahib olub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun iştirak etdiyi qitə birinciliyində 1 gümüş və 1 bürünc medal əldə edib.

Qeyd edək ki, Əli Baxışovdan əvvəl Banuçiçək Nəsirli (48 kq) bürünc medal qazanıb.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar