16 sentyabr 2026. Çərşənbə

Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 2 gümüş medal qazandılar


  • Offside
  • 21:27 21.08.2026
  • Oxunma sayı: 110
Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 2 gümüş medal qazandılar

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan millisinin üzvləri daha iki medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, yarışın altıncı günündə qadın güləşində 57 və 59 kq, sərbəst güləşdə isə 61 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

57 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova finalda Yaponiya təmsilçisi Konami Ono ilə qarşılaşıb. İlk hissəni üstünlüklə başa vuran Azərbaycan güləşçisi fasilədən sonra rəqibinin hücumlarına cavab verməkdə çətinlik çəkib və görüşü 6:16 hesabı ilə uduzub. Bununla da Qurbanova dünya çempionatının gümüş medalına sahib çıxıb.

59 kq-da mübarizə aparan Ruzanna Məmmədova da finalda Yaponiya təmsilçisi ilə üz-üzə gəlib. Sae Noquçi ilə gərgin keçən qarşılaşmada Azərbaycan güləşçisi 1:3 hesabı ilə məğlub olub və mundialı gümüş medalla başa vurub.

Sərbəst güləşdə 61 kq çəki dərəcəsində yarışan Camal Abbasov isə təsəlliverici görüşdə İran təmsilçisi Ənvər Fərhad Xatəriyə 5:11 hesabı ilə uduzaraq medal uğrunda mübarizəni dayandırıb.

Beləliklə, Günay Qurbanova və Ruzanna Məmmədova Azərbaycan millisinin aktivinə daha iki gümüş medal əlavə ediblər.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar