- Offside
- 23:18 21.08.2026
Azərbaycanın qadınlardan ibarət voleybol milli komandası Bakıda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupunun açılış qarşılaşmasında Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş Azərbaycan komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Setlər üzrə hesab 25:22, 23:25, 27:25 və 25:20 olub.
Beləliklə, Azərbaycan millisi turnirə üç xalla başlayıb.
Qeyd edək ki, yığma Avropa çempionatında növbəti oyununu avqustun 23-də İspaniyaya qarşı keçirəcək. Bakıda C qrupunun qarşılaşmaları avqustun 28-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.