- Offside
- 23:18 21.08.2026
Azərbaycan ağırlıqqaldıranı İsa Hüseynov Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək bürünc medala sahib çıxıb.
İsa Hüseynov təkanlaqaldırmada isə 116 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də üçüncü yeri tutub.
İki hərəkətin cəmində 209 kq nəticə göstərən Azərbaycan təmsilçisi toplamda da bürünc medal qazanıb.
Beləliklə, İsa Hüseynov Avropa birinciliyini 3 bürünc medalla başa vurub.