22 avqust 2026. Şənbə

“Doğma meydanda əlavə gərginlik var idi”


  • Offside
  • 22:59 21.08.2026
  • Oxunma sayı: 41
“Doğma meydanda əlavə gərginlik var idi”

Azərbaycan qadın voleybol millisinin üzvü Polina Rəhimova Avropa çempionatının ilk oyununda Portuqaliya üzərində qazanılan qələbəni dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan seçməsi rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən Polina Rəhimova doğma meydanda oynamağın komandaya əlavə məsuliyyət yaratdığını bildirib.

“Əvvəlcə Portuqaliya millisinin üzvlərini təbrik etmək istəyirəm. Yaxşı oyun nümayiş etdirdilər. Bizim üçün isə matç bir qədər həyəcanlı keçdi. Doğma meydanda oynadığımız üçün azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirdik və bu, əlavə gərginlik yaratdı. Əsas odur ki, turnirə qələbə ilə başladıq. İnanıram ki, növbəti matçlarda daha rahat və daha yaxşı oynayacağıq”, – deyə milli üzvü vurğulayıb.

Rəhimova qarşıdakı görüşlərə də toxunub. O, İspaniya və Rumıniya yığmaları ilə matçların vacib olduğunu bildirib və komandanın hazırlığını davam etdirəcəyini söyləyib.

“Sabah dincələcəyik, rəqiblərin oyunlarını izləyib ciddi şəkildə hazırlaşacağıq. Qələbə seriyasını davam etdirmək üçün əlimizdən gələni edəcəyik”, – voleybolçu əlavə edib.

Milli üzvü azarkeş dəstəyindən də məmnunluğunu ifadə edib:

“Azarkeşlər möhtəşəm idi. Zalın tam dolu olduğunu görmək çox xoşdur. Belə böyük idman bayramının Azərbaycanda təşkil olunması qürurvericidir. İnanıram ki, hər kəs bu atmosferdən zövq aldı”.

Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi C qrupunda növbəti oyununu avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək. Qrupda Azərbaycan və Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları da mübarizə aparır.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın