22 avqust 2026. Şənbə

Ayşən Abduləzimova qrupdakı ən çətin rəqibi açıqladı


  • Offside
  • 23:18 21.08.2026
  • Oxunma sayı: 42
Ayşən Abduləzimova qrupdakı ən çətin rəqibi açıqladı

Azərbaycan qadın voleybol millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatının ilk turunda Portuqaliya üzərində qazanılan qələbəni dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığması rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərə açıqlama verən Ayşən Abduləzimova ilk matçın komandada müəyyən həyəcan yaratdığını bildirib.

“İlk oyun və ilk həyəcan idi. Meydanda çox əziyyət çəkdik. Bəzi mövqe dəyişiklikləri də oldu. Azarkeşlərin dəstəyi mükəmməl idi və buna görə hər kəsə təşəkkür edirəm”, – deyə kapitan vurğulayıb.

Abduləzimova növbəti rəqib İspaniya ilə görüşün daha fərqli hazırlıq tələb etdiyini qeyd edib:

“İspaniya digər komandalardan fərqli olaraq daha sürətli oyun nümayiş etdirir. Onlara qarşı başqa cür hazırlaşmalıyıq. Bunun üçün cəmi bir gün vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Milli komandanın kapitanı qrupdakı ən çətin rəqibin Niderland olduğunu da bildirib.

Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi C qrupunda növbəti oyununu avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın