- Offside
- 01:05 22.08.2026
“İnter Mayami”nin hücumçusu Lionel Messi “Filadelfiya Yunion”la MLS matçından sonra cəzalandırılıb.
90deqiqe.Az-ın “Sports Illustrated”a istinadən məlumatına görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmada qayda pozuntusuna yol verdiyi üçün argentinalı futbolçuya cərimə tətbiq edilib. Cərimənin məbləği açıqlanmayıb.
Messi liqanın rəqib futbolçunun üzünə, başına və ya boyun nahiyəsinə əllə toxunmağı qadağan edən qaydasını pozduğuna görə cəzalandırılıb. Görüşün gedişində argentinalı futbolçu “Filadelfiya Yunion”un yarımmüdafiəçisi Kuinn Sallivanın başının arxa hissəsinə toxunub. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb.
Qeyd edək ki, Messi həmin epizoda görə matç zamanı heç bir cəza almayıb.
Bundan əlavə, “İnter Mayami”nin müdafiəçisi İen Frey də eyni futbolçu ilə matçın sonlarında yaşanan insidentə görə cərimələnib. Həmin epizodun ardından Sallivan meydandan qovulub.