- Offside
- 21:39 22.08.2026
“LANDAU Lions” basketbol klubu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha bir il artırıb.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, 19 yaşlı basketbolçu yeni mövsümdə də Bakı təmsilçisinin formasını geyinəcək.
192 sm boya malik “shooting guard” ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda iştirak edib.
Qeyd edək ki, Rəsul Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medal qazanan “LANDAU Lions”un heyətində yer alıb.