- Offside
- 21:39 22.08.2026
“Murov Az Terminal” voleybol klubu heyətini daha bir yerli oyunçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycanlı hücumçu Leyla Parşkova ilə müqavilə imzalanıb.
Gənc voleybolçu ilə anlaşmanın müddəti 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.
Beləliklə, Leyla Parşkova qarşıdakı mövsümdə “Murov Az Terminal”ın uğurları üçün mübarizə aparacaq.