22 avqust 2026. Şənbə

“Gəncə” NBA Yay Liqasında çıxış edən basketbolçunu transfer etdi


  • Offside
  • 17:33 22.08.2026
  • Oxunma sayı: 46
“Gəncə” NBA Yay Liqasında çıxış edən basketbolçunu transfer etdi

“Gəncə” basketbol klubu heyətini amerikalı basketbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi hücumçu mövqeyində çıxış edən Mitçel Lataviusla müqavilə imzalayıb. 28 yaşlı basketbolçu ilə sözləşmə qarşıdakı mövsümün sonunadək nəzərdə tutulub.

203 sm boya malik Mitçel Latavius ötən mövsümü İrlandiyanın “Ballinkolliq” klubunda keçirib. O, komandanın heyətindəki çıxışı ilə fərqlənərək İrlandiya çempionatının ən dəyərli basketbolçusu (MVP) seçilib.

Amerikalı forvard mövsümlərarası fasilədə NBA Yay Liqasında da mübarizə aparıb və “Detroyt Pistons”un formasını geyinib.

Beləliklə, Mitçel Latavius yeni mövsümdə “Gəncə”nin heyətində çıxış edəcək.







Offside