22 avqust 2026. Şənbə

Azərbaycan kanoeçisi dünya çempionatında mübarizə aparacaq


  • Offside
  • 18:25 22.08.2026
  • Oxunma sayı: 36
Azərbaycan kanoeçisi dünya çempionatında mübarizə aparacaq

Azərbaycan kanoeçisi Tatyana Smilovenko Polşada keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış avqustun 26-30-da Poznan şəhərində təşkil olunacaq.

Tatyana Smilovenko dünya çempionatında kanoe üzrə milli komandanın baş məşqçisi Aleksandr Jukovskinin rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, T.Smilovenko iyul ayında Macarıstanın Seqed şəhərində keçirilən gənclər və U-23 avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.







Offside