- Offside
- 21:39 22.08.2026
Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar.
90deqiqe.Az-ın məlumatına görə, 27 ölkədən 1 100-ə yaxın idmançının qatıldığı yarışda Qəhrəman Rzaquliyev 12-13 yaş kateqoriyasında, 45 kq çəki dərəcəsində mübarizə aparıb. Azərbaycan təmsilçisi finalda Özbəkistan idmançısına məğlub olaraq gümüş medal qazanıb.
Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında çıxış edib və yarışın gümüş medalına sahib olub.
Beləliklə, Azərbaycan karateçiləri “Turkish Open” turnirində 2 gümüş medalla mükafatçılar sırasına düşüblər.