- Offside
- 01:37 23.08.2026
Portuqaliya çempionatının 3-cü turunda “Sportinq” doğma meydanda “Alverka”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Lissabon təmsilçisi qarşılaşmaya sürətli başlayıb və artıq 2-ci dəqiqədə hesabı açıb. Maksimiliano Arauho rəqib qapısının aşağı sol küncünü dəqiq nişan alaraq komandasını önə keçirib.
“Sportinq” hücumlarını davam etdirsə də, ilk hissədə fərqi artırmaq mümkün olmayıb.
Meydan sahibləri 55-ci dəqiqədə daha bir qol vurub. “Alverka”nın futbolçusu Mateus Mendes avtoqola imza atıb. Bundan bir qədər sonra Luis Suares fərqlənib. Hücumçu qapıçı ilə üz-üzə qalaraq fürsəti qaçırmayıb.
Qarşılaşmada son nöqtəni Lukas Fiqeyredu qoyub.
Beləliklə, “Sportinq” 7 xalla turnir cədvəlinə başçılıq edir. “Alverka” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.