- Offside
- 13:24 23.08.2026
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstərib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 4 idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.
55 kq çəki dərəcəsində Qərib Atababayev, 60 kq-da Raul Məlikzadə, +90 kq-da isə Nihad Məlikli bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.
Digər 60 kq təmsilçimiz Muhəmməd Səttarov isə turniri bürünc medalla başa vurub.
Beləliklə, Orxan Səfərovun rəhbərlik etdiyi Azərbaycan yığması Türkiyədə keçirilən yarışdan 3 qızıl və 1 bürünc olmaqla, ümumilikdə 4 medalla ayrılıb.