- Offside
- 13:24 23.08.2026
Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatında çıxışını başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, fərdi yarışların son günündə Ayxan Həsənli (81 kq) fəxri kürsüyə yüksəlib. Azərbaycan cüdoçusu finala gedən yolda Kosta-Rika, Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçilərini məğlub edib.
Həlledici görüşdə Rusiya təmsilçisi Daniyal Biybolatovla qarşılaşan Ayxan Həsənli məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla, ümumilikdə 2 medalla başa vurub.
Bu nəticə ilə yığma 59 ölkənin iştirak etdiyi oğlanların yarışında 4-cü, ümumi medal sıralamasında isə 5-ci yeri tutub.