23 avqust 2026. Bazar günü

Azərbaycan MMA döyüşçüləri dünya çempionatında 2 gümüş medal qazandılar


  • Offside
  • 13:24 23.08.2026
  • Oxunma sayı: 42
Azərbaycan MMA döyüşçüləri dünya çempionatında 2 gümüş medal qazandılar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uşaqlar və yeniyetmələr arasında MMA üzrə IMMAF dünya çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a bildirilib ki,  Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub.

62 kq çəki dərəcəsində mübarizə aparan Alirza Həsənov və 48 kq-da çıxış edən Kənan Qulizadə turniri gümüş medalla başa vurublar.

Beləliklə, Azərbaycan təmsilçiləri Əbu-Dabidə keçirilən dünya çempionatından iki gümüş medalla ayrılıblar.







Offside