23 avqust 2026. Bazar günü

Bakıda Belçikadan Portuqaliya üzərində rahat qələbə


  • Offside
  • 17:02 23.08.2026
  • Oxunma sayı: 43
Bakıda Belçikadan Portuqaliya üzərində rahat qələbə

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda daha bir qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən görüşdə Belçika yığması Portuqaliya seçməsini 3:0 hesabı ilə məğlub edib. Setlər 25:16, 25:21 və 25:11 hesabı ilə başa çatıb.

Beləliklə, Belçika qrup mərhələsində ikinci qələbəsini qazanıb. Komanda ilk oyununda İspaniyanı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, C qrupunda bu gün keçiriləcək digər qarşılaşmada Azərbaycan millisi İspaniya ilə üz-üzə gələcək. Görüş saat 18:30-da başlayacaq.







Offside