23 avqust 2026. Bazar günü

Azərbaycan İspaniyanı məğlub edərək ardıcıl ikinci qələbəsini qazandı


  • Offside
  • 20:26 23.08.2026
  • Oxunma sayı: 35
Azərbaycan İspaniyanı məğlub edərək ardıcıl ikinci qələbəsini qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupunun ikinci turunda İspaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan millisi turnirdə ardıcıl ikinci qələbəsini əldə edib. Komandamız ilk turda Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlub etmişdi.

İspaniya isə ilk oyununda Belçikaya 2:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiya da ev sahibliyi edir. Bakıdakı C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. Qrup mərhələsinə avqustun 28-də yekun vurulacaq.







Offside