24 avqust 2026. Bazar ertəsi

Azərbaycanlı ağırlıqqaldıran Avropa birinciliyində 3 medal qazandı


  • Offside
  • 21:33 23.08.2026
  • Oxunma sayı: 54
Azərbaycanlı ağırlıqqaldıran Avropa birinciliyində 3 medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü əvvəlcə birdənqaldırma hərəkətində 124 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Musab Məmmədtağıyev təkanlaqaldırmada isə 145 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də qızıl medal əldə edib.

Azərbaycan təmsilçisi iki hərəkətin cəmində 269 kq nəticə göstərərək toplamda da Avropa birinciliyinin qalibi olub.

Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci yeri tutan Ermənistan təmsilçisi Hayk Movsisyanı 17 kq qabaqlayıb.







Offside