24 avqust 2026. Bazar ertəsi

Azərbaycan güləşçiləri U-20 dünya çempionatını 9 medalla başa vurdular


  • Offside
  • 22:57 23.08.2026
  • Oxunma sayı: 51
Azərbaycan güləşçiləri U-20 dünya çempionatını 9 medalla başa vurdular

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan milli komandasının çıxışı başa çatıb.

90deqiqe.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

70 kq çəki dərəcəsində mübarizə aparan Hacı Kərimov finalda İran təmsilçisi Sina Mehdi Xəlili ilə qarşılaşıb. Görüşdə 3:7 hesabı ilə məğlub olan Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib çıxıb.

125 kq-da çıxış edən Yusif Dursunov isə bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Aleksandre Abramişvili ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ alan Dursunov üstünlüyünü sonadək qoruyaraq 6:0 hesablı qələbə qazanıb və mundialı bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan güləşçiləri U-20 dünya çempionatında ümumilikdə 9 medal əldə ediblər. Milli komandanın aktivində 1 qızıl, 4 gümüş və 4 bürünc medal var.







Offside