- Offside
- 23:50 23.08.2026
Braziliyalı tennisçilər Orlando Luz və Rafael Matos “Cincinnati Masters” turnirinin cütlər yarışında qalib gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, final qarşılaşmasında Luz və Matos Almaniya təmsilçisi Konstantin Frantsen və Niderland tennisçisi Robin Hase ilə üz-üzə gəliblər. Braziliyalı cütlük 1 saat 22 dəqiqə davam edən görüşdə rəqiblərini 6:4, 3:6, [10:7] hesabı ilə məğlub edib.
Qaliblər matç ərzində 5 eys vurub, 2 dəfə qoşa səhvə yol verib və qazandıqları 3 brək imkanından birini reallaşdırıblar. Frantsen/Hase cütlüyü də 5 eyslə yadda qalıb, 3 qoşa səhvə yol verib və əldə etdiyi yeganə brək şansından yararlanıb.
Qeyd edək ki, bu gecə “Cincinnati Masters”ın kişilər arasında şəxsi yarışında da final qarşılaşması keçiriləcək. Həlledici görüşdə Fransa təmsilçisi Artur Fis və ABŞ tennisçisi Frensis Tiafoe üz-üzə gələcəklər.