24 avqust 2026. Bazar ertəsi

“Portu” evdə “Aroku”ya şans vermədi


  • Offside
  • 01:43 24.08.2026
  • Oxunma sayı: 44
“Portu” evdə “Aroku”ya şans vermədi

Portuqaliya çempionatının 2026/27 mövsümünün III turunda “Portu” doğma meydanda “Aroku”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “əjdahalar” qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılaraq turnir cədvəlindəki liderliyini davam etdiriblər.

Matçın ilk hissəsində hesab açılmayıb. 59-cu dəqiqədə Yakub Kivyör “Portu”nu önə keçirsə də, qol ofsayd səbəbindən ləğv olunub.

Lakin meydan sahibləri 67-ci dəqiqədə hesabı açmağa nail olublar. Qabri Veiqa cərimə meydançasının daxilindən dəqiq və alçaq zərbə ilə topu qapıdan keçirib.

“Portu” 86-cı dəqiqədə fərqi iki topa çatdırıb. Borxa Saynsın vurduğu qol qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 2:0.

Bu qələbədən sonra “Portu” 3 turdan 9 xal toplayaraq turnir cədvəlinə inamla başçılıq edir. “Aroku”nun isə 6 xalı var və komanda 5-ci pillədə qərarlaşıb.







Offside