- Offside
- 21:13 24.08.2026
Bakıda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatında Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb.
90deqiqe.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 8-ə çatdıran yığmamız C qrupunda liderliyini davam etdirir.
Azərbaycan millisi turnirdə bundan əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib.
Yığma qrup mərhələsində növbəti oyunlarını Belçika və Niderland milli komandalarına qarşı keçirəcək.