- Offside
- 21:13 24.08.2026
Azərbaycanın paraüzgüçülük üzrə milli komandası qarşıdakı Avropa çempionatına hazırlığı Gəncədə davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, milli komandanın üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi ilə avqustun 19-dan etibarən Gəncə İdman Sarayında təlim-məşq toplanışına cəlb olunublar.
Hazırlıq prosesi sentyabrın 4-dək davam edəcək.
Toplanışın əsas məqsədi sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək paraüzgüçülük üzrə Avropa çempionatına hazırlıq səviyyəsini yüksəltmək və idmançıların yarışa optimal formada yollanmasını təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan paraüzgüçüləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.