- Offside
- 21:13 24.08.2026
Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 27-dək davam edəcək yarış Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilir.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə 7 ölkədən 12 komanda iştirak edir.
Azərbaycanı yarışda “Ulduz”, “Zirə”, “Sabah”, “Neftçi” və “Qarabağ”, Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Gürcüstanı “Dinamo” (Tbilisi), Polşanı “Drukarz”, Türkmənistanı “Altın Taç”, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” təmsil edir.
Qeyd edək ki, “Ulduz Cup” beynəlxalq turniri bu il üçüncü dəfə təşkil olunur.
İlk turnirin qalibi Belarusun “Dinamo” (Minsk) komandası olub. “Ulduz” ikinci, “Bunyodkor” isə üçüncü pillədə qərarlaşıb.
Ötən il keçirilən II “Ulduz Cup”da isə “Neftçi” çempion, “Paxtakor” ikinci, “Dinamo” (Tbilisi) üçüncü olub.
Bu ilki turnirin qalibi avqustun 27-də müəyyənləşəcək.