- Offside
- 21:13 24.08.2026
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda növbəti qarşılaşma baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk oyununda Niderland millisi Portuqaliya seçməsinə qalib gəlib. Milli Gimnastika Arenasında keçirilən görüş “narıncılar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Setlərdə Niderlandın üstünlüyü belə olub: 25:21, 25:18, 25:23.
Bu, Niderland millisinin turnirdə ikinci qələbəsidir. Komanda ilk turda Rumıniyanı 3:2 hesabı ilə məğlub edib.
C qrupunda günün ikinci qarşılaşmasında Azərbaycan millisi Rumıniya ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında keçiriləcək görüşün start fiti saat 18:30-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatının C qrupunun oyunları avqustun 28-dək Bakıda keçiriləcək.